İdman

Konfrans Liqası: “Qarabağ” Bakıda AEL-lə üz-üzə gələcək

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
Qurban Qurbanovun yetirmələri pley-offa çıxmaq üçün Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək. Səfərdə qollu heç-heçəyə imza atan təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda məğlub etməlidir.
Ardıcıl 8 dəfə avrokubokların pley-offunda iştirak edən “Qarabağ” doğma azarkeşlər önündə keçiriləcək qarşılaşmanın favoritidir. Cari mövsümdə uduzmayan Ağdam təmsilçisi bu görüşdə də uğurlu seriyasını davam etdirmək üçün meydana çıxacaq.
Qeyd edək ki, “Qarabağ” mərhələ adlasa, pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Konfrans LiqasıIII təsnifat mərhələsi, cavab oyunu12 avqust21:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr)Baş hakim: Kristo Tohver (Estoniya)Bakı. Tofiq Bəhramov adına Respublika stadionuİlk oyun – 1:1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button