İdman

Konfrans Liqası: “Qarabağ” AEL-lə heç-heçə oynayıb

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olub. Larnakadakı “AEK Arena”da baş tutan qarşılaşmada 2 qol qeydə alınıb. Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını davam etdirə bilməyib. 68-ci dəqiqədə ev sahibləri penaltidən hesabı açıblar. Lakin Azərbaycan klubu məğlubiyyətdən qaça bilib. Abdullah Zubir 90+3-cü dəqiqədə status-kvonu bərpa edib – 1:1. 
Qoldan sonra kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim matçı dayandırıb. Görüş bir neçə dəqiqə sonra davam edib və 1:1 hesabı ilə yekunlaşıb. 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
 Konfrans LiqasıIII təsnifat mərhələsi, ilk oyun5 avqust21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:1Qollar:  Stefan Skepoviç, 68 (pen.) – Abdullah Zubir, 90+3Baş hakim: Qlenn Niberq (İsveç)AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. EullerEhtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko BabiçBaş məşqçi: Duşan Kerkez“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil ŞeydayevEhtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad QuliyevBaş məşqçi: Qurban QurbanovLarnaka. “AEK Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button