İdman

Konfrans Liqası: “Qarabağ” “Aberdin”lə qarşılaşacaq

“Aberdin”lə ilk sınaq – “Qarabağ”ın
“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə görüşəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə köklənib. Ardıcıl 7 dəfə avrokubokların qrupuna düşən “Qarabağ” seriyanın davamı üçün ilk matçda uğurlu nəticə qazanmalıdır.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.
Konfrans LiqasıPley-off, ilk oyun19 avqust20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya)Baş hakim: Rade Obrenoviç (Sloveniya)Tofiq Bəhramov adına Respublika stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button