Dünya

Kolomboda böhran fonunda Şri-Lanka hökumətinə qarşı etirazlar şiddətlənir

 

Baş nazir Mahinda Rajapaksanın xalqa müraciətinə baxmayaraq, Kolomboda davam edən iqtisadi böhran fonunda çərşənbə axşamı günü Şri Lanka hökumətinə qarşı etirazlar güclənib.

İstiqlal.az xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir müraciətdində hökumətə vəziyyəti həll etmək imkanı vermək üçün xalqı səbirli olmağa çağırıb. Müraciətdinə deyib ki, siz küçələrdə etiraz etdiyiniz hər saniyə dollar itiririk, Prezidentin və hökumətin hər saniyəsi bu böhranı həll etmək üçün istifadə olunur”.

Baş nazirin çıxışından əvvəl etirazçılar deyib ki, “bu hökumət devrilmədikcə, bu etiraz bitməyəcək. Biz burada aylarla, illərlə qalacağıq. Söhbət tək ailədən deyil, bütün korrupsioner sistemdən gedir”.

Bir müddətdir ada ölkəsi müstəqillik əldə etdikdən sonra ərzaq və yanacaq qıtlığı, bahalaşan qiymətlər, çoxlu sayda insana təsir edən elektrik enerjisinin kəsilməsi ilə hökumətin vəziyyəti idarə etməsinə qarşı kütləvi etirazlarla üzləşib.

Şri-Lankanın iqtisadiyyatı COVID-19 pandemiyasının başlanğıcından bəri sərbəst eniş içindədir və bu, turizmin çökməsinə səbəb olub.

Şri-Lanka valyuta çatışmazlığı ilə üzləşib və bu, onun ərzaq və yanacaq idxal etmək imkanlarına təsir edib. Əsas malların çatışmazlığı Şri-Lankanı dost ölkələrdən kömək istəməyə məcbur edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button