Cəmiyyət

“Köfteci Ramiz” restoranı cərimələnib |

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 678 monitorinq keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs “Mint” MMC-yə məxsus “Köfteci Ramiz” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küç., ev 28 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Cavid Sadıx oğluna məxsus kafe;
4. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Quliyev Cavid Şəmsəddin oğluna məxsus “Giləvar” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button