Dünya

Köçəryan Paşinyanı ittiham etdi və onu istefaya çağırdı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” adlı müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib. Bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb.

Ermənistan müxalifəti ölkədə yaranmış vəziyyətdə Nikol Paşinyan hökumətini ittiham edib və Ermənistanda insan, ərazi və hərbi itkilər, parçalanma və xaosun hökm sürdüyünü bəyan edib.

Müxalifətin fikrincə, vəziyyətin tam həlli hakimiyyətin geri çəkilməsindən sonra mümkün olacaq. Nikol Paşinyanın istefasından sonra bütün bacarıqlı qüvvələr birləşməli, yeni hökumət formalaşdırılmalı, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsi lazımdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button