İqtisadiyyat
KOBİA Səudiyyə Ərəbistanın KOB-ları ilə əlaqələri genişlədirir

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib.
Bu barədə KOBİA-dan bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.