Dünya

KİV: Si Szinpin Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib

ABŞ prezidenti Cozef Bayden ötən həftə Çin Xalq Respublikasının sədri Si Szinpinlə telefon danışığının gedişatında həmkarına təkbətək görüşməyi təklif edib, amma rədd cavabı alıb.
“Report”un məlumatına görə, bu barədə “Financial Times” bildirib.
İki liderin danışığının məzmunundan məlumatlı mənbələrin nəşrə verdiyi məlumata görə, Si Szinpin Cozef Baydenin təklifini qəbul etməyib.
Çin rəhbəri bunun əvəzinə rəsmi Vaşinqtonun Pekinlə bağlı daha yumşaq tonu qəbul etməsini təkid edib.
“Si Szinpin görünür, əvvəlcə tonu və münasibətlər mühitini yaxşılaşdırmağın lazım olduğuna işarə edib”, – mənbə deyib.
Qəzetin həmsöhbətlərindən birinin fikrincə, Çin liderinin ABŞ rəhbərinin təklifindən imtinası qismən də COVID-19-un yayılmasından ehtiyat etməsi ilə bağlıdır.
Sentyabrın 10-da bildirilib ki, Çin Xalq Respublikasının sədri və ABŞ prezidenti telefon danışığı aparıblar.
Ağ Evin qeyd etdiyi kimi, iki ölkənin liderləri ABŞ və Çin arasında rəqabət və bunun münaqişəyə çevrilməsinin qarşısının alınmasına toxunublar.
“İki lider rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün hər iki ölkənin məsuliyyətini müzakirə edib”, – xəbərdə deyilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button