Dünya

KİV: “Pəncşir müqavimət cəbhəsinin lideri Əfqanıstanı tərk etməyib”

Əfqanıstanın Pəncşir müqavimət cəbhəsinin lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib.
“Report” xəbər verir ki, bu barədə İranın “FarsNews” agentliyi məlumat yayıb.
Məlumata görə, Məsud təhlükəsiz bir yerdədir və onun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil.
Bundan bir gün əvvəl yerli “Afghanistan Times” qəzeti Pəncşirin üç rayonunun “radikallar”dan geri alındığı barədə məlumat yayıb.
Qeyd edək ki, avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər. Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button