Dünya

Kişi qohumunun müşayiəti olmadan uzaq səfərə çıxmaq yoxdur –Təlimat

Əfqanıstanın Əxlaqın Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi tərəfindən verilən təlimata görə, yaxın kişi qohumunun müşayiəti olmadan qısa məsafələrdən başqa hər hansı bir səyahət istəyən qadınlara nəqliyyat təklif edilməməlidir.

Əfqanıstanın yerli KİV-in yazdığına görə, Nazirlik təlimatda bütün nəqliyyat vasitələri sahiblərini yalnız İslami hicablı qadınlara minmə təklif etməyə çağırıb.

Nazirliyin sözçüsü Sadeq Akif Muhacir bildirib ki, “45 mildən (72 kilometr) çox məsafə qət edən qadınlara yaxın bir ailə üzvü müşayət olunmadan onlara avtomobilə minmək təklif edilməməlidir”.

Nazirlik həmçinin, qadın telejurnalistləri təqdimat zamanı hicab taxmağa çağırıb.

A.Mühacir deyib ki, hicab nəqliyyatdan istifadə edən qadınlar üçün də tələb olunacaq. Nazirliyin direktivində həmçinin insanlardan avtomobillərində musiqi səsləndirilməsini dayandırmağı xahiş edilib.

Talibanın saçı örtməkdən tutmuş bütün bədəni örtməyə qədər dəyişən hicab şərhi qeyri-müəyyəndir və əfqan qadınlarının çoxu artıq baş örtüyü taxırlar.

Bir neçə əyalətdə yerli “Taliban” rəsmiləri məktəbləri yenidən açmağa razı salıblar, lakin bir çox qızların orta təhsil almaq imkanı yoxdur. Bu ayın əvvəlində islamçı qrup öz ali liderinin adından hökumətə qadınların hüquqlarını müdafiə etməyi əmr edən fərman verib. Fərmanda qızların təhsil almaq imkanından bəhs edilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button