Kinematoqrafçılar İttifaqı yeni ünvanda fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı artıq yeni ünvanda fəaliyyət göstərəcək.

Bu barədə APA-ya İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

O qeyd edib ki, ittifaq bundan sonra Bülbül prospekti 18/30 ünvanında (AzərTAC-ın əvvəlki binasında) fəaliyyət göstərəcək.