İdman

“Keşlə”nin futbolçusu hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunub

“Keşlə”nin futbolçusu Şəhriyar Əliyev cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
O, Azərbaycan Premyer Liqasının II turunun “Qəbələ” – “Keşlə” oyunundakı hərəkəti üzündən 4 matçlıq diskvalifikasiya edilib. Buna futbolçunun 90+5-ci dəqiqədə hakimi təhqir etməsi və qırmızı vərəqə alması səbəb olub.
“Keşlə” buna görə maliyyə cəzası da alıb. Bakılılar 3200 manat cərimələnib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button