İdman

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a Bakıda 1:2 hesabı ilə məğlub olan və Qazaxıstana qayıdarkən Almatıda qəzaya uğrayan “Kayrat” klubu hadisə ilə bağlı açıqlama yayıb.
Apasport.az saytının məlumatına görə, klub Almatı Hava Limanında avtomobillə toqquşan təyyarənin futbolçu və məşqçi heyətini ölkəyə qaytaran təyyarənin olduğunu təsdiqləyib.
Ancaq hadisə zamanı heç kimin xəsarət almadığı vurğulanıb: “Həqiqətən də, “Kayrat” klubunun futbolçuları və məşqçilər heyəti hadisə zamanı göyərtədə idilər. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Komanda bir müddət təyyarədə qalıb, sonra klubun bazasına yola düşüb. Oktyabrın 24-də “Astana” ilə keçiriləcək vacib matçın hazırlığı bu gün axşam başlanacaq”.
Qeyd edək ki, “Kayrat”ı Bakıdan Qazaxıstana qaytaran təyyarə Almatı Hava Limanında “Renault” markalı avtomobillə toqquşub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button