Siyasət

Katrin Bomberger: “Ümid edirəm Azərbaycan və Ermənistan bir-birinə güzəştə gedə biləcək”

“Qərbi Balkanlarda da çoxlu məzar yerləri müəyyən edilmişdi, bu, qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün olmuşdu”.

Bunu bu gün keçirilən mətbuat konfransında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş Direktoru Katrin Bomberger deyib.

Baş Direktor Azərbaycan və Ermənistanın da bu sahədə anlaşaraq bir-birilərinə güzəştə gedə biləcəklərinə ümid etdiyini deyib: “Qərbi Balkanlarda 20 ilə yaxındır ki, bu sahədə işbirliyi həyata keçirilir. Onlar itkin düşmüş şəxslər üzrə qrup və işçi plan da yaratmışdılar. Bu mümkündür. Serbiya, Xorvatiya, Bosniyadakı itkin düşmüş şəxslərin ailələri də birgə əməkdaşlıq həyata keçirirdilər. Belə işlər mümkündur”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button