İqtisadiyyat

“Kartmane” sahibləri bu il 3 mln. manatdan çox keşbek qazanıb

“Rabitəbank”ın eksklüziv üstünlüklərə malik keşbek kartı “Kartmane” sahiblərini sevindirməyə davam edir. Cari ilin avqust ayında “Kartmane” ilə nağdsız ödənişlər sayəsində müştərilərin qazandığı keşbek 3 mln. manatı keçərək 3,7 mln. manat təşkil edib.
Bu keşbek məbləğlərinin böyük əksəriyyəti yanacaqdoldurma məntəqələrindən (1,5 mln. manatdan çox), market və restoranlardan 100 min manatdan çox, digər xərclərdən isə 1,537 mln. manatdan çox məbləğdə keşbek qaytarılıb. Tərəfdaşlardan geri qaytarılmış keşbek məbləği isə 81 min manatı keçib.
“Rabitəbank”ın 90 mindən çox müştərisi “Kartmane” vasitəsilə alış-verişlərindən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə, özündə çox sayda üstünlükləri toplayan təkrarsız “Kartmane” ilə müştərilərimiz dünyanın istənilən YDM-dən 10%, bütün kafe və restoranlardan 5%, hər alış-verişlərdən isə 2% keşbek əldə edə biləcəklər. Yenicə müştərilərin istifadəsinə verilmiş “Azercell” keşbek növü vasitəsilə xərclərinizdən qazanılan keşbek ballarını “Azercell”dən danışıq dəqiqələri və ya internet paketinə dəyişmək mümkündür.


700-dən çox tərəfdaş şəbəkəsindən isə “Kartmane” 40%-dək keşbek təklif edir. “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile” isə “Kartmane” sahiblərinin işini bir az daha rahatlaşdırır. Qazanılmış keşbek bonuslarını rahatlıqla izləmək və tətbiqdəki istənilən “Rabitəbank” kart balansına köçürmək mümkündür.
“Kartmane”nin “Telegram” kanalında bankın tərəfdaşlıq etdiyi tərəfdaş şəbəkəsinin özünəməxsus və “Kartmane”yə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. “Kartmane” ilə məbləği nağdlaşdırmaq da sərfəlidir – ölkədaxili istənilən bank ATM-dən ayda 5 dəfə nağdlaşdırmaq tamamilə komissiyasızdır.
Siz də “Kartmane” sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu və ya bankın rəsmi veb-sayta keçid edə bilərsiniz – http://rbt.az/kartmane.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button