Cəmiyyət

Kardioloq: “Həkim nəzarəti olmadan D və B vitamini qəbul edənlərin sayı artıb”

“Əgər D vitamini çatışmazlığınız varsa, o zaman hər hansı xəstəliyi gözləmədən qəbul edin. Təəssüf ki, bu gün ölkədə həkim nəzarəti olmadan D və B vitamini qəbul edənlərin sayı artıb”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev “Ümumdünya Ürək Günü” mövzusunda çıxışı zamanı deyib.
O qeyd edib ki, oqranizmdə B vitamininin artıqlığı gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər: “Yəni xəstələrdə hansısa vitamin azlığı varsa, onu tamamlamağa çalışsınlar. Unutmasınlar ki, hər şeyin artığı zərərlidir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button