İdman
Karateçilərimiz 2 gümüş medal qazandı

Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirindəki mübarizəsini başa vurub.
Qol.az xəbər verir ki, təmsilçilərimiz yarışı iki medalla başa vurub. 68 kq-da çıxış edən qadın karateçimiz İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə uduzaraq, gümüş medal qazanıblar.
Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.
Qeyd edək ki, Azərbaycanın digər 2 təmsilçisi Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.