Cəmiyyət

Karantin qaydalarını pozan restoran aşkarlanıb, 8 nəfər saxlanılıb

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib. Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button