Gündəm

Kanadanın xarici işlər naziri ölkədəki Azərbaycan diasporu ilə görüşüb

Kanadanın xarici işlər naziri Melani Coli ölkədə fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsinin üzvlərilə görüşüb. Bu barədə diaspor təşkilatından məlumat verilib.

Onlayn formatda keçən görüşdə Kanadadakı multikultural Azərbaycan cəmiyyəti və ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin 30 ilə yaxın bir müddətdə işğal altında qalan və BMT-nin müvafiq qətnamələrilə Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsi ətrafında da müzakirələr olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button