Dünya

Kanadada yeni hökumət yaxın günlərdə qurulacaq

Kanadanın baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə açıqlamasında bildirib.
Trüdo qeyd edib ki, artıq vitse-prezident və maliyyə naziri vəzifələrini tutacaq şəxslərin adı məlumdur.
Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button