Dünya

Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru azad edilib

Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjo ev dustaqlığından azad edilib.
“Report” xəbər verir ki, bununla bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin məhkəməsi qərar çıxarıb.
Qərara əsasən Menin işi üzrə icraata xitam verilib. Kanada Ədliyyə Nazirliyi, “Huawei”nin maliyyə direktorunun ölkəni tərk etməkdə sərbəst olduğunu bəyan edib, çünki ekstradisiya prosedurlarını davam etdirmək üçün heç bir əsas yoxdur.
“CTV National News” televiziyasının jurnalisti Makkenzi Qrey tvitterdə bildirib ki, Men Vançjonun olduğu təyyarə Vankuveri tərk edib. Çin tərəfi isə saxladığı iki Kanada vətəndaşını sərbəst buraxıb.
Qeyd edək ki, Men Vançjo 2018-ci ildə Kanadada ABŞ-ın tələbi əsasında saxlanılmışdı. O, İrana qarşı ticarət sanksiyalarını pozmaqda şübhəli bilinirdi. Daha sonra məhkəmənin qərarına əsasən 10 milyon Kanada dolları müqabilində ev dustaqlığına buraxılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button