Dünya

Kanadada helikopter okeana düşüb |

Kanadanın qərb sahillərində helikopterin Sakit Okeana düşməsi nəticəsində bir nəfər itmiş sayılır.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasından telekanala bildirilib ki, hadisə Corciya boğazında Sesçelt yaşayış məntəqəsindən 40 kilometr şimalda baş verib.
Yük daşımaq üçün hazırlanmış “Kaman K-MAX” helikopterində yalnız pilot olub. Onun axtarışları davam edir.
Helikopterin düşməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button