Siyasət

Kanada parlamentinə Xocalı soyqırımına dair petisiya təqdim edilib

Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair petisiya təqdim edilib.

Bu barədə təşkilatdan məlumat verilib.

Bildirilib ki, petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib. Ötən gün, petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800.000-dən artıq azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.

Petisiyada Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də arasında münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.

Petisiya üçün imzalar toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak edibər. KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdəri. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button