Dünya

Kabildə qadınlar etiraz aksiyası keçiriblər

Əfqanıstanın paytaxtı Kabildə qadınlar öz hüquqları uğrunda etiraz aksiyası keçiriblər.
“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Kabildə qadın problemləri ilə bağlı Nazirliyin binası qarşısında aksiya keçirən qadınlar “Taliban”dan bir sıra hüquqların tanınmasını tələb ediblər.
Qeyd edək ki, hakimiyyətini şəriət qanunları üzərində qurduğunu deyən “Taliban” qadınlarla bağlı bir sıra yeniliklər edib. “Taliban” sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, qadınlar artıq yeni hökumətdə nazir vəzifələrini tuta bilməyəcək, nazirliklərdə, polisdə və ədliyyədə yalnız köməkçi olaraq çalışacaqlar.
“Taliban”, həmçinin qadın hüquqlarına hörmət edəcəyini bildirsə də, əyalətlərdə əvvəlki qadağalar hələ də qüvvədədir.

د ښځو چارو وزارت د بندېدو په غبرګون د ځینو مدني فعالانو لاریون.٫٫#طلوع‌نیوز pic.twitter.com/3ePLAOIXmU— TOLOnews (@TOLOnews) September 19, 2021



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button