Dünya

Kabildə qadınlar etiraz aksiyası keçiriblər

Kabil şəhərində qadınlar Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar “Taliban” hökumətini öz hüquqlarına hörmət etməyə çağırıblar. Qadınlar həmçinin hökumətdə təmsil olunmaq arzularını dilə gətiriblər.
Etirazçıların sayı 30 nəfərdən çox olub.
Bildirilib ki, “Taliban” hökuməti aksiyanı dağıdıb, çəkiliş aparan jurnalistlər döyülüblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button