Dünya
Kabildə partlayış olub

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Bu barədə yerli “Asvaka” agentliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra atışma səsləri eşidilib.