Dünya

Kabil sakinləri əfqanların İrandan zorla deportasiyasına etiraz edirlər

Onlarla Kabil sakini İrandakı əfqan qaçqınlara qarşı zorakılıq xəbərlərinə görə İran səfirliyi qarşısında etiraz aksiyası keçirib.

TOLOnews xəbər verir ki, etirazçılar İran hökumətindən əfqan qaçqınların məcburi deportasiyasını dayandırmağı tələb edib.

Etirazçılar BMT-nin İnsan Haqları Şurasını (UNHRC) “İranda əfqan qaçqınların iddia edilən təqiblərini və hətta öldürülməsini” əks etdirən videoları nəzərdən keçirməyə çağırıb.

Əfqan mediasının məlumatına görə, sosial şəbəkələrdə İranda yaşayan əfqan qaçqınların təqib edilməsini əks etdirən videogörüntülərin yayılması xalqın geniş narahatlığına və narazılığına səbəb olub.

Bununla belə, İranın Kabildəki səfirliyi iddia edir ki, bu cür videoların yayılması iki ölkə xalqı arasında sistemli şəkildə əlaqələri kəsməyə cəhd edənlərin işidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button