Dünya

K.Sarıbay: “AQEM Asiyada sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq forum kimi özünü təsdiqləyib”

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Katibliyinin İcraçı Direktoru Kayrat Sarıbay “AQEM: Nursultan Nazarbayevin təşəbbüsünün uğurlu həyata keçirilməsi” adlı məqalə ilə çıxış edib.

İstiqlal.az həmin məqaləni ixtisarla oxucuların diqqətinə çatdırır.

XX əsrin 80-ci illərin axırlarında və 90-cı illərinin əvvəllərində baş verən sürətli hadisələr o dövrün bipolyar beynəlxalq münasibətlər sisteminin çökməsinə və dünyanın siyasi xəritəsində yeni müstəqil dövlətlərin yaranmasına gətirib çıxarıb. Avrasiya və Şərqi Avropa məkanında geosiyasətdə qlobal tektonik dəyişmələrlə birlikdə köhnə münaqişələr kəskinləşdi və yeni vətəndaş və ya dövlətlərarası münaqişələr meydana gəldi, həmçinin mütəşəkkil cinayətkarlıq, separatizm, dini ekstremizm, terrorizm, narkoticarət kimi yeni çağırışlar və nəinki postsovet məkanında, həm də dünya miqyasında kövrək sosial-siyasi və iqtisadi sabitliyi poza biləcək təhdidlər ortaya çıxıb.  Belə bir şəraitdə yeni müstəqil dövlətlər təkcə öz müqəddəratını təyin etmək və dövlətçiliyini bu əsasda qurmaq, inkişafın siyasi və sosial-iqtisadi modelini seçmək kimi birinci dərəcəli məsələlərin həlli qarşısında deyil, həm də müstəqilliyin və suverenliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və milli maraqların qorunması, regional təhlükəsizlik üçün şəraitin formalaşdırılması, həmçinin beynəlxalq aləmə gələcək inteqrasiya kimi beynəlxalq gündəliyin çağırışları qarşısında dururdular.

Geosiyasi koordinatlar sistemində kardinal dəyişikliklər dövlətləri həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət və əməkdaşlığın yeni formalarını axtarmağa vadar edirdi. Regional səviyyədə qarşılıqlı fəaliyyət və təhlükəsizliyin təmin edilməsi üçün müvafiq mexanizmlər yaradılmadan, getdikcə artan qloballaşma şəraitində ölkənin sabit daxili inkişafi əlçatmaz olardı.   Belə turbulent tarixi şəraitdə Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev xarici siyasətdə çoxşahəli və çoxtərəfli diplomatiya prinsiplərinin irəli sürülməsinə qəti kurs götürüb və regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin qorunub saxlanmasına yönəlmiş bir sıra beynəlxalq təşəbbüslər irəli sürüb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çağırılması isə belə təşəbbüslərdən birinə çevrilib.

Prezident Nursultan Nazarbayev ilk dəfə olaraq beynəlxalq ictimaiyyəti 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasının tribunasından Asiyada təhlükəsizliyin təmin edilməsi üzrə səmərəli və universal strukturun formalaşdırılmasına çağırıb. Qazaxıstanın Birinci Prezidenti qeyd etdi ki, təşəbbüsün əsas ismarıcı digər qitələrdən fərqli olaraq, kollektiv təhlükəsizliyin təmin edilməsi mexanizmini olmayan Asiyada bu cür mexanizmin yaradılması üçün əvvəllər uğursuz cəhdlərin reallaşdırmasıdır.

Qazaxıstan alimi K.N.Şakirovun fikrincə, “Qazaxıstanın bu təşəbbüsünün əsas məzmunu Asiyada elə bir təhlükəsizlik sisteminin yaradılmasından ibarət idi ki, onun istənilən üzvü müdafiə olunmuş olardı və onun təhlükəsizliyi Asiyada potensial hərbi təhdidlərin səviyyəsinin həqiqi olaraq azaldılmasına yönəlmiş beynəlxalq-hüquqi xarakterli bir sıra tədbirlər ilə təmin edilərdi”.

90-cı illərdə Xarici İşlər Naziri Kasım-Jomart Tokayev başda olmaqla, Qazaxıstan diplomatları Prezident N.Nazarbayevin təşəbbüsünün reallaşdırmaq üçün gərgin iş aparırdılar. Prosesin sonrakı inkişafının əsasını qoymuş ilk rəsmi sənəd 14 sentyabr 1999-cu il tarixində AQEM-in xarici işlər nazirlərinin birinci görüşündə Almatıda qəbul olunmuş AQEM-də üzv dövlətlər arasında münasibətləri tənzimləyən Prinsiplər Bəyannaməsi oldu.

Tam əminliklə demək olar ki, son iyirmi ildən artıq müddətdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə digər regional təşkilatlarla yanaşı, ümum Asiya təhlükəsizliyi arxitekturasında layiqli yer tutub. AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində etimadın və əməkdaşlığın möhkəmləndirilməsi üzrə səmərəli beynəlxalq forum kimi özünü təsdiqləyib.

Lap əvvəldən Nursultan Nazarbayevin müşavirənin çağırılması təşəbbüsü əksər Asiya ölkələri, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən dəstəklənmişdir. Müşavirə bu gün Sakit okeandan Aralıq dənizinə, Uraldan Hind okeanına qədər 27 ölkəni birləşdirir; AQEM-in müşahidəçi statusuna doqquz dövlət və BMT, ATƏT, Ərəb Dövlətləri Liqası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar daxildir; ŞƏT, ŞƏT RAQ, İƏT, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsi, Qazaxıstanın Xalq Assambleyası ilə tərəfdaşlıq sazişləri bağlanıb.

AQEM–in ən mühüm əsas sənədi olan Almatı Aktı 2002-ci ildə AQEM dövlət və hökumət başçılarının birinci Sammitində qəbul edilib və forumun Nizamnaməsi kimi də istifadə olunur. Bu tarixi sənəddə üzv dövlətlərin Asiyada bütün dövlətlərin sülh şəraitində birgə yaşadığı, onların sülh, azadlıq və tərəqqi şəraitində yaşayan xalqlarının isə sülhün, təhlükəsizliyin və inkişafın bir birini tamamladığı, bir birini möhkəmləndirdiyi və gücləndirdiyi əmin olduğu ümumi və bölünməz təhlükəsizlik məkanının yaradılmasına qətililiyi ifadə olunub.

Asiya qitəsində çoxtərəfli diplomatiya tarixində unikal sənəd AQEM-inn etimad tədbirlərinin Kataloqu” üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin ölçülməsini təsdiq edib. “Etimad tədbirlərinin həyata keçirilməsinə Kooperativ yanaşma” sənədində isə etimad tədbirlərinin həyata keçirilməsi mexanizmi nəzərdə tutulub.

Yarandığı vaxtdan beş zirvə görüşü və xarici işlər nazirlərinin beş görüşü keçirilib ki, bu da müşavirə prosesinə fəal siyasi dəstək nümayiş etdirir. AQEM-in sədri vəzifəsini ardıcıl olaraq Qazaxıstan (2002-2010), Türkiyə (2010-2014), Çin (2014-2018) və Tacikistan (2018-2020) tutub. Müşavirənin təşkilati strukturu formalaşdırılıb, təhlükəsizlik məsələlərinin geniş dairəsi üzrə mütəmadi olaraq siyasi məsləhətləşmələr aparılır. AQEM-in təsisatları olan Gənclər Şurası və Biznes Şurası səmərəli fəaliyyət göstərir, mütəmadi olaraq Biznes Forumunun, Analitik Mərkəzlər Forumunun, Qeyri-Hökumət Təşkilatları Forumunun iclasları keçirilir. Müşavirədə daimi fəaliyyət göstərən Katiblik var və onun mənzil-qərargahı Nur-Sultan şəhərində müasir EKSPO kompleksində yerləşir.

2020-ci il AQEM-in sədri vəzifəsinə Qazaxıstan yenidən seçilməsi ilə əlamətdar olub. Qazaxıstan sədrliyi müşavirənin inkişafına öz baxışlarını təklif etmişdir. Belə ki, 2019-cu ildə Düşənbədə keçirilmiş Ümumdünya Ticarət Təşkilatının beşinci sammitində Prezident Kasım-Jomart Tokayev bir sıra konkret prioritetləri müəyyənləşdirib.

Son zirvə görüşləri və xarici işlər nazirlərinin görüşləri zamanı AQEM-in üzvü olan dövlətlər geniş gündəlikdə duran dialoqda fəal iştirak edir, yeni çağırış və təhdidlərə, beynəlxalq iştirak və nizamlanmanı tələb edən regional problemlərə diqqət yetirirlər.

Prezident Kasım-Jomart Tokayev yaxın gələcəkdə AQEM-in himayəsi altında beynəlxalq mediasiyanı  həyata keçirə biləcək tam təhlükəsizlik sistemi qurmaq perspektivini görür. Nəzərə almaq lazımdır ki, Qazaxıstan diplomatiyasını bu cür təcrübəsi var və onu Müşavirə formatında genişləndirmək vacibdir.

AQEM ideyanın yaranmasından onun gerçəkləşdirilməsinə qədər böyük təkamül yolu keçib və hazırda Asiya dövlətlərinin geniş təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyəti üçün tələb olunan məkana xidmət edir.

Asiyanın dünya işlərində yeni rolunun dərk edilməsi, demək olar ki, otuz il əvvəl Qazaxıstanın Birinci Prezidentinin təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə üzv dövlətlərin intensiv qarşılıqlı fəaliyyəti ilə nəticələnib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button