GündəmManşet

Kəlbəcərdə iki Azərbaycan hərbcisi həlak olub 

Avqustun 13-də Kəlbəcər rayonu ərazisində hərbçilərin yol-nəqliyyat qəzasına düşdüyü  və iki hərbi qulluqçunun həlak olduğu bildirilir.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Qurumdan verilən məlumata görə, hadisə nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları – leytenant  Eldar Müşfiq oğlu Həsənli və müddətindən artıq həqiqi hərbi qulluqçu çavuş Anar Mustaqim oğlu Cəfərov  həlak olublar

Faktla bağlı cinayət işi açıldığı, hadisənin səbəblərinin araşdırıldığı qeyd edilir.

Amma bu açıqlamaya, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button