Cəmiyyət

Kərim Vəliyev azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə baş çəkdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyətini yoxlayıb.

Vəliyev qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitilə tanış olub.

General-polkovnik şəxsi heyətin qayğıları ilə maraqlanıb, hərbi qulluqçulara xidmətlərində uğurlar arzulayıb.

Sonra Baş Qərargah rəisi hərbi hissə komandirləri və onların müavinləri ilə keçirilən toplanışda iştirak edib.

Kərim Vəliyev prezident İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə əlaqədar göstərişlərini komandir-rəis heyətinin diqqətinə çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button