
Avqustun 13-də Kəlbəcər rayonu ərazisində hərbçilərin yol-nəqliyyat qəzasına düşdüyü və iki hərbi qulluqçunun həlak olduğu bildirilir.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Qurumdan verilən məlumata görə, hadisə nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları – leytenant Eldar Müşfiq oğlu Həsənli və müddətindən artıq həqiqi hərbi qulluqçu çavuş Anar Mustaqim oğlu Cəfərov həlak olublar
Faktla bağlı cinayət işi açıldığı, hadisənin səbəblərinin araşdırıldığı qeyd edilir.
Amma bu açıqlamaya, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.
AZADLİQ.ORG