İqtisadiyyat

Kəlbəcər rayonunun mərkəzində elektrik enerji xətləri bərpa edilib

Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edilib.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.
Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik veriliş xəttinin dayaqlarının tikilməsi prosesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansiyasınadək uzanır.
Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni “Əhmədli” yarımstansiyasında inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq “Zağalı” xətti Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button