Cəmiyyət

Jurnalist Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Müalicə aldığı “Yeni Klinika”dan “Report”a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.
“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir”, – xəstəxanadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button