Siyasət

“Jirinovski ürək bulandırır” – Qulamhüseyn Əlibəyli

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dəfələrlə Azərbaycan dövləti və xalqı ilə bağlı təhqiramiz və aşağılayıcı fikirlər səsləndirib. Siyasi təlxək polunu 30 ildən çox oynayan bu şəxsin söylədikləri heç bir halda ciddi qəbul olunmasa da, ürək bulandırır.
Bu fikirləri İstiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Vladimir Jirinovskinin Komsomolskaya Pravda radiostansiyasinin efirindən səsləndirdiyi Azərbaycan dövlətini və və onun başçısını hədəfə alan sözlərinə münasibət bildirərkən deyib.
Partiya sədri daha sonra qeyd edib ki, Jirinovski Rusiya hakimiyyətinin müəyyən dairələrinin mövqeyini ifadə etdiyindən onun söylədikləri həmin dairələrin Azərbaycan dövlətinə və və onun başçısına hədə qorxu gəlməsi kimi də qiymətləndiriliə bilər. Lakin Jirinovski və onun diliylə Azərbaycana hədə qorxu gəlmək istəyənlər anlamalıdırlar ki, Vətən müharibəsində qəti olaraq formalaşmış milli birlik modeli ədəbsiz formada ifadə olunan sərsəm fikirlərlə pozula bilməz. Əksinə, hər hansı xarici təhdid bu milli birliyi daha da möhkəmləndirir – deyə Q.Əlibəyli öz fikrini yekunlaşdırıb

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button