Siyasət

“İvan, idi domoy!”, “Rusiya, Qarabağdan əlini çək!” – Bakıda aksiya

Aprelin 9-da Müsavat Partiyasının təşkilatçlığı ilə bir qrup gənc Rusiyanın Bakıdakı səfirliyinin önündə piket keçirib.

Aksiya iştirakçıları “Rusiya, rədd ol!”, “İvan, idi domoy!”,  “Rusiya, Qarabağdan əlini çək!”şüarlarını səsləndiriblər.

Səfirliyin önündə piketin bəyanatı səsləndirilib.

Sənəddə deyilir ki, Azərbaycan Minalardan Təmizləmə Milli Agentliyinin  mina təmizləmə əməliyyatı zamanı Şuşada bu şəhərə aılmış “İskəndər M” raketlərinin qalıqları aşkar edilib. Bu raketin Şuşaya atılması Rusiyanın təkcə Ermənistana dəstək verməsi deyil, həm də Azərbaycana qarşı aqressiyasdır.

Bəyanatda vurğulanıb ki,  bu raketlər nüvə başlığı daşıyan raketdir, həm də ABŞ ilə Rusiya arasında məhv edilməsi razılşadırılmış raketlərdir.

Son olaraq aksiya iştirakçıları Rusiayanın bu məsələyə aydınlır gətirməsini, eyni zamanda bu addıma hüquqi-siyasi qiymət verilməsini tələb ediblər.

Aksiya insidentsiz başa çatıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button