Dünya

İtaliya NATO-ya rəhbərlik edə bilər

İtaliya nümayəndəsi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna favorit hesab olunur.

“La Repubblica” qəzeti bildirib ki, bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir.

“İspaniya və Portuqaliya rəqib hesab oluna bilməz, çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqeləri tuturlar – ispaniyalı Josep Borrell vropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıdır, portuqaliyalı Antonio Quterreş isə BMT-yə rəhbərlik edir.

Eyni zamanda, İtaliya hökuməti hələ iyunda Madriddə keçiriləcək NATO sammitinə qədər təsdiq edilməli olan namizədi ilə bağlı qərar verməyib. Ənənəyə görə, keçmiş baş nazirlər NATO-nun baş katibi vəzifəsinə qəbul olunurlar. Lakin İtaliyanın keçmiş baş nazirləri Enriko Letta və Paolo Gentiloni namizəd ola bilməz. Birincisi yenidən qurulmalı olan Demokrat Partiyasına rəhbərlik edir və gələn il keçiriləcək parlament seçkilərində ciddi siyasi ambisiyaları var. Avropa Komissiyasında onun varisi Avropa fondlarından əhəmiyyətli maliyyə yardımı alan İtaliyaya daha az loyal ola biləcəyi üçün hazırkı İqtisadiyyat üzrə Avropa komissarı Gentiloninin namizədliyini sürmək Roma üçün sərfəli deyil. Matteo Renzi dəfələrlə NATO-nun baş katibi vəzifəsinə uyğun olmadığını bəyan edib ”, – məqalədə bildirilib.

Qəzet qeyd edir ki, böyük bir ölkədən nazir namizədliyi də məqbuldur. Namizədlər arasında keçmiş xarici işlər naziri və Avropa İttifaqının (Aİ) keçmiş xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini də var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button