İdman

İtaliya klubu azarkeşinə ömürlük qadağa qoyub

İtalya A seriyasında “Napoli” ilə ev oyununda rəqibin müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirən azarkeş ağır cəzaya məruz qalacaq.Apasport.az saytının “La Gazzetta dello Sport”a istindən məlumatına görə, təhqiramiz ifadələrə yol verən florensiyalıya ömürlük qadağa qoyulacaq.“Fiorentina” rəhbərliyi həmin şəxsin kimliyini hələ müəyyənləşdirməsə də, onun bir daha ev oyunlarında stadiona buraxılmayacağı barədə qərar qəbul edib. Yerli polis araşdırmalardan sonra hələlik bir şübhəlini yaxalayıb. Qeyri-etik sözləri onun işlətdiyi təsdiqləndikdən sonra həmin şəxsin kimliyi kluba bildiriləcək.Qeyd edək ki, “Napoli”nin səfərdə 2:1 hesablı qələbə qazandığı matçda yerli fanatlardan biri Kulibaliyə “lənətlənmiş meymun” deyib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button