Dünya

İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərinə blok qoyub

İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (8 milyard dollar) həcmində aktivlərini bloklayıb. Bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Ervin Bollindjer məlumat yayıb.

Qeyd edək ki, martın sonunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 5,75 milyard İsveçrə frankı məbləğində Rusiya aktivlərinin dondurulduğunu elan etmişdi.

Bu qadağalara bank hesabları, nağd pul, daşınmaz əmlak və incəsənət əşyaları da əlavə edilmişdi.

E. Bollindjerin sözlərinə görə, dondurulmuş aktivlərin 30%-ə qədər artması sanksiyaların həyata keçirildiyini göstəricisidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button