İqtisadiyyat

İsveçrə Azərbaycan iqtisadiyyatına 110 milyon dollar investisiya yatırıb

Son 22 il ərzində İsveçrə Azərbaycan iqtisadiyyatına 110 milyon dollar investisiya yatırıb.

Bunu mətbuat konfransı zamanı İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre deyib.

O qeyd edib ki, Dünya Bankı İsveçrənin Azərbaycanda maliyyələşdirdiyi layihələrin ən başlıca icraçılarından biridir.

“2019-cu ildə biz İsveçrənin Azərbaycanda beynəlxalq əməkdaşlığının 20 illiyini qeyd etdik. 1999-cu ildə biz bu beynəlxalq əməkdaşlığa başlayanda daha çox humanitar sahədə fəaliyyət göstərirdik. Bu da birbaşa qaçqın və məcburi köçkünlərə dəstəklə bağlı idi. Daha sonra Azərbaycan inkişaf etdikcə bu daha uzunmüddətli bir əməkdaşlığa, daha uzunmüddətli layihələrin həyata keçirilməsinə yönəldi. Biz su infrastrukturu, peşə təhsili sahəsində də əməkdaşlığa başladıq. Məsələn, 2000-2011-ci illərdə İsveçrə Naxçıvan Muxtar Respublikasında 130 kəhrizin bərpasına 4 milyon dollar məbləğində dəstək verib. Sonrakı dövrdə Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsi ilə bizim əməkdaşlığımız iqtisadi, texniki sahədə daha da genişlənib. Ümumilikdə son 22 il ərzində həyata keçirilən bu əməkdaşlıq dövründə İsveçrənin Azərbaycana investisiyalarının həcmi 110 milyon dollar olub və bu 90 layihənin dəstəklənməsinə yönəlib”, – səfir deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button