Dünya

İsveçdə yeniyetmələri müharibəyə aparan qadın həbs edilib

İsveçin paytaxtı Stokholmun dairə məhkəməsi bir qadını Suriyada uşaqları silahlı münaqişələrə cəlb etməkdə və terrorçulara qoşulmaqda şübhəli bilərək həbsi barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prokuror Reena Devqunun açıqlamasında bildirilib.
“Həbs edilən başqa şəxslərlə birlikdə 15 yaşdan az olan uşaqları əsgər sifəti ilə cəlb etməkdə şübhəli bilinir”, – prokuror bildirib.
Onun sözlərinə görə, 49 yaşlı qadın oktyabrın 7-dək həbsdə qalacaq.
Məlumata görə, qanun pozuntuları 2013-2016-cı illərdə Suriyada törədilib. Bildirilib ki, həmin qadın 2013-cü ildə İŞİD-ə qoşulub və 2020-ci ildə İsveçə qayıdıb. Suriyaya gedərkən 5 uşağını da özü ilə aparıb, onlardan ikisi orada həlak olub.
Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq normalara uyğun olaraq yaşı 15-dən az uşaqların silahlı münaqişəyə cəlb olunmasını hərbi cinayət sayır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button