Cəmiyyət

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub

İsveçin paytaxtı Stokholmda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.
İsveç Azərbaycanlılar Konqresindən “Report”un Avropa bürosuna verilən məlumata görə, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Mahmudov Ramil Məhəmmədəli oğludur.
O, İsveçin Yarfema qəsəbəsində yaşayıb və transport şirkətində çalışıb. Məlumata görə, R.Mahmudov bir neçə dəfə soyadını dəyişdirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Stokholmda naməlum silahlılar milliyətcə azərbaycanlı olan bir nəfəri güllələyərək öldürüblər.

Mahmudov Ramil

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button