Dünya

İsveç ukraynalı qaçqınların qəbulu üçün 1 milyard dollar ayıracaq

İsveç hökuməti ukraynalı qaçqınların qəbulu ilə bağlı xərcləri qarşılamaq üçün ölkənin Miqrasiya İdarəsinə 9,8 milyard kron (təqribən, 1 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.

TASS xəbər verir ki, vəsaitin ayrılması haqqında təklif yaz büdcə layihəsinə daxil edilib.

Vəsaitin İnkişafa Dəstək Fondundan götürülməsi gözlənilir.

Hökumət, həmçinin bu il inflyasiyanın 4,6%, 2023-cü ildə isə 1,8% təşkil edəcəyini gözləyir. Bu il ÜDM-in 3,1%, gələn il 1,6% artacağı təxmin edilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button