Cəmiyyət

İstanbulda türk dövlətlərinin TV rəhbərləri və SMM mütəxəssislərinin görüşü olub

İstanbulda türk dövlətlərinin televiziya kanalları rəhbərləri, təmsilçiləri, habelə sosial media marketinq (SMM) mütəxəssisləri arasında görüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi Türk Şurasının mediaforumu çərçivəsində baş tutan görüşdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər türk dövlətlərinin telekanallarının nümayəndələri, həmçinin gənc jurnalistlər iştirak ediblər.
Görüşdə qardaş ölkələr arasındakı media əlaqələrindəki mövcud problemlemlərin həlli müzakirə edilib, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan gənclərinin vahid sosial media platformasının təşkil olunmasına dair fikir mübadiləsi aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button