Dünya

İstanbul hava limanı uçuşları bərpa edir

İstanbul hava limanında kəskin hava şəraitindən sonra vəziyyət stabilləşir, uçuşlar bərpa olunur.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı hava limanının mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, bu gün aeroport 681 reysi qəbul etməyə və yola salmağa hazırlaşır: “İki uçuş zolağımız açıqdır, üçüncünün isə gün ərzində uçuşlar üçün açılmasını gözləyirik. Hava şəraiti səbəbi ilə hal hazırda terminallarımızda uçuş gözləyən sərnişinlərimiz yoxdur”.

Mətbuat katibliyi hava limanına gəlmədən əvvəl sərnişinləri uçuşlarının statusunu yoxlamağa çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button