Dünya

İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb

Bu gün səhər saatlarında İstanbul Boğazında minaya bənzər obyekt aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal Sualtı Müdafiə Qrupları (SAS) cəld edilib və onun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat başlanılıb.

Qeyd edək ki, Ukraynanın Odessa limanın ətrafı minalanıb. Son günlər həmin minalardan bir neçəsinin güclü axıntılar səbəbindən Qara dənizdə sürükləndiyi və İstanbul boğazına da çata biləcəyi barədə xəbərdarlıqlar edilirdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button