Dünya

“İstəyən hər bir ukraynalıya silah veriləcək” – Zelenski ruslara da müraciət etdi

“Artıq ukraynalılara silah verilməsinə başlanılıb”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Ukrayna istəyən hər kəsə ərazilərimizin müdafiəsi üçün silah verməyə artıq başlayıb və bu davam edəcək”, – deyə V.Zelenski qeyd edib.

Zelenski Rusiya vətəndaşlarını da Ukraynaya qarşı müharibəyə görə etiraza qalxmağa çağırıb.

Onun sözlərinə görə, indi Rusiya vətəndaşları hansı yolla gedəcəklərinə özləri qərar verməlidir.

“Hələ vicdanını itirməmiş hər kəs üçün çıxıb bu müharibəyə etiraz etmək vaxtıdır”, – deyə o bildirib.( Unian.net)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button