Cəmiyyət

İsrailli mütəxəssis Xızıda Altıağacdakı ayı qoruğunda olub

 

İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Safari zooparkının baş baytar həkimi və İsrail Vəhşi Təbiət Xəstəxanasının direktoru Dr. Yiqal Horovitzin Azərbaycana səfəri başlayıb.

İsrailin ölkəmizdəki səfirliyindən İstiqlal.az saytına bildiriblər ki, səfirliyin missiya rəhbərinin müavini  Doron Peer ilə birlikdə Dr. Horovitz martın 14-də Xızıda Altıağacda ayı qoruğunda olub və 10 qonur ayıya baxış keçirib.

Dr. Horovitz qoruğa nəzarət edən GWARP (Good World Animal Rescue & Protection Inc) şirkətinin prezidenti Fərid Mansurov və GWARP-ın vitse-prezidenti Kamilla Mişiyeva ilə konstruktiv dialoq aparıb. Ayıların yaşayış şəraitinin və tibbi müalicəsinin yaxşılaşdırılması, eləcə də iki ölkənin mütəxəssisləri arasında əməkdaşlığı davam etdirmək  barədə razılığa gəliblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button