Dünya

İsrailin Rusiyadakı səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri “böyük ağılsızlıqdır”

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi İsrail hərbçilərinin Qarabağda olması barədə xəbərləri “böyük axmaqlıq” və fantaziya adlandırıb.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb.
“Hesab edirəm ki, bu böyük ağılsızlıqdır, ona görə ki, əgər biz Qarabağ haqqında danışırıqsa, orada Rusiya və Türkiyə hərbçiləri var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlar”, – səfir jurnalistlərə deyib.
Xatırladaq ki, İran və Ermənistan Azərbaycanı İsrail hərbçilərinin Qarabağa yerləşdirilməsində ittiham edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button