Dünya

İsrailin Baş naziri Lavrovun açıqlamasına sərt reaksiya verib

İsrailin Baş naziri Naftali Bennett Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına reaksiya verib.

Bu barədə Baş nazir ofisinin “Twitter” hesabında məlumat verilib.

“Mən Rusiya xarici işlər nazirinin bəyanatına son dərəcə sərtliklə yanaşıram. Onun sözləri doğru deyil və niyyətləri yanlışdır.

Bu cür yalanların məqsədi yəhudilərin özlərini onlara qarşı törədilmiş tarixin ən dəhşətli cinayətlərində ittiham etmək və bununla da İsrailin düşmənlərini məsuliyyətdən azad etməkdir.
Artıq dediyim kimi, bizim dövrümüzdə heç bir müharibə Holokost kimi deyil və ya Holokostla müqayisə oluna bilməz. Yəhudi xalqının Holokostundan siyasi alət kimi istifadəyə dərhal son qoyulmalıdır”, – İsrail Baş naziri Bennett vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. “Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, – Lavrov əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button