Siyasət

İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib

Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

Bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviterdəki hesabında yazıb.

O qeyd edib ki, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button